Qırmızı.az
QMİ sədri: Yas çadırları yığışdırılsın
Azərbaycanda yas çadırlarının yığışdırılması təklif edilir. Trend xəbər verir ki, bu təkliflə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə deyib.
Yas mərasimləri haqqında danışan Allahşükür Paşazadə bildirib ki, çadırların yığışdırılması üçün tez-tez təkliflər verilir: "Biz bu barədə fikirləşirik. Düşünürük ki, molla məclisdə 2-3 saat oturmalıdır. O gəlib 2-3 saat Quran-i Kərim oxuyub, Fatihə verib getməlidir. Yoxsa əks halda insanlar Qurana hörmət etmir. Bir yandan surə oxunur, bir yandan da insanlar yeyir, içir, söhbət edirlər".
Bu məsələnin hələ uzun illər öncədən gündəmdə olduğunu deyən QMİ
sədri konkret addımlar atmağa çox az zaman qaldığını açıqlayıb.
A.Paşazadənin sözlərinə görə, yas məclisinə kimsə gedirsə, hüzr
verib qayıtmalıdır. Qurana, moizəyə qulaq asmaq istəyən isə məscidə
getməlidir: "Biz din xadimləri üçün təkmilləşdirmə kursunu həyata
keçirərək insanları bu sahədə maarifləndirmək, şəriət qaydaları
sahəsində savadlandırmaq istəyirik. İnanıram ki, biz sahədə müsbət
nəticələr əldə edəcəyik".
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI