Təhsil İdarəsi işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Təhsil İdarəsi işçi axtarır

Təhsil İdarəsi işçi axtarır

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifənin tutulması ilə bağlı müsahibə elan edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən publika.az-a verilən xəbərə görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər.


Müsahibədə iştirak etmək etmək üçün ərizənin surəti, əmək kitabçasının surəti, ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədinin müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə), kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir), bir ədəd ağ trəngli foto şəkil, son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış təqdim etməlidirlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 5 may 2014-cü il tarixindən 19 may 2014-cü il tarixi saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.


Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.


Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm