Qırmızı.az
Metropoliten yeni vaqonlar alır
“Bakı Metropoliteni” QSC Fransanın 3 şirkəti ilə 5 Anlaşma Memorandumu imzalanıb.
QSC-ni mətbuat xidmətindən verilən məlumata görə, Fransa Prezidenti cənab Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.
“Alstom Transport SA” ilə imzalanan Memoranduma əsasən Bakı
Metropoliteninin istər yeni inşa olunan “Bənövşəyi”, istərsə də
əvvəlki (“Yaşıl” və “Qırmızı”) xətlərində istifadə edilmək üçün
yeni, müasir vaqonların alınması nəzərdə tutulub.
“BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC
arasında imzalanan 2 Anlaşma Memorandumunun ilkində 28 May
stansiyasının yenidən qurulması (Qırmız və Yaşıl Xətlərin
ayrılması) işlərinin görülməsi nəzərdə tutulub. Qeyd edək ki,
Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası)
Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyalaı arası) “28 may”
stansiyasında kəsişir və bu da öz növbəsində hər iki xətt üzrə
hərəkət edən qatarların sərbəst hərəkət etməsində müəyyən
çətinliklər yaradır. Digər Memoranduma görə isə Yaşıl xəttin davamı
olaraq “Xətai” stansiyası ilə “Həzi Aslanov-2” stansiyası arasında
bir neçə stansiyanın inşası nəzərdə tutulub.
Növbəti 2 Anlaşma Memorandumu isə “THALES S.A” şirkətilə
imzalanıbr. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən
gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə
imzalanıb. Belə ki, “Bənövşəyi” xətdə (“Avtovağzal”, “Memar
Əcəmi-2” st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə
sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə
edilməsi planlaşdırılır. Həmçinin gələcəkdə inşa olunacaq yeni
stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların,
işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə
tutulub. Digər sənəddə isə təlim və tədris proseslərinin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər bu Anlaşma Memorandumunu
həyata keçirməklə Bakı Metropoliteninin təlim və tədris
imkanlarının inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığı
gücləndirmək arzusundadırlar.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR