• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda daha bir ana faciəsi (YENİLƏNİB)

Azərbaycanda daha bir ana faciəsi (YENİLƏNİB)

Sumqayıtda komaya düşən ananın vəziyyəti haqda yeni xəbər var. Respublika Klinik Xəstəxanasının reanimotoloqu Vidadi Həsənov ANS PRESS-ə bildirdi ki, hazırda A.Abbasovanın vəziyyəti ağır stabil olaraq qalmaqdadır.


Onun sözlərinə görə, ehtimal olunur ki, A.Abbasovanın beyin toxumaları ölüb və komadan ayılması yalnız möcüzə ola bilər.

12:46

Sumqayıtda doğuşdan sonra komaya düşən ananın vəziyyəti ağırdır.


ANS PRESS-ə daxil olan məlumata görə, Sumqayıt şəhəri 2 saylı doğum evində 30-a yaxın yaşı olan qadın doğuşdan sonra komaya düşüb və 20 günə yaxındır ki, bu vəziyyətdədir.


Məsələ ilə əlaqədar 2 saylı doğum evi ilə əlaqə saxladıq. Qarşı tərəfdə telefonu götürən qadın ANS PRESS-dən zəng etdiyimizi öyrənəndə doğum evində ondan başqa heç kimin olmadığını dedi.


“Mən xidmətçiyəm. Burda heç kim yoxdur. Heç nə də bilmirəm” deyən 2 saylı doğum evinin işçisi bildirdi. “Doğum evinə gələn xəstələrin hamısını siz qəbul edirsiniz”, deyə verdiyimiz suala “bəli” cavabını verdi.


Daha sonra Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli faktı təsdiqlədi. Bildirdi ki, 28 yaşlı Aynurə Abbasova aprelin 15-də Sumqayıt şəhər 2 saylı doğum evinə gətirilib. A.Abbasova ölü doğuşdan sonra komaya düşüb və 20 gün belə vəziyyətdə qalıb. A.Qədirlinin sözlərinə görə, ananı düşdüyü vəziyyətdən xilas etmək üçün Bakıdan Sumqayıta reanimotoloq birqadası göndəirilib. A.Abbasovanın orqanları bərpa edilib. Lakin vəziyyəti hələ də ağır olduğu üçün Bakıya göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR