Qırmızı.az
Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindədir. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin
reallaşdırılmasına başlamaq niyyətindədir: "Bu ilin sonuna kimi biz
Sovet İttifaqı dövründə tikintisinə başladığımız, lakin təxirə
salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək
niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi
nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa
çatar".
Qeyd edək ki, Fransanın "VINCI Construction Grands Projets"
şirkətinin istismar üzrə direktoru Patrick Kadri Azərbaycanın Milli
Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində
tikinti işlərinin həyata keçirilməsində maraq göstərib. Şirkət nüvə
sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti
reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO