Bakı meriyasında kadr dəyişikliyi oldu
Bizi izləyin

Qırmızı.az

Bakı meriyasında kadr dəyişikliyi oldu

Bakı meriyasının mətbuat xidmətinin rəhbəri təqaüdə göndərildi

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova təqaüdə göndərilib. Bu barədə Publika.az-a özü məlumat verib.

“Artıq bu ayın əvvəlində 70 yaşım tamam olub. Ona görə də təqaüdə çıxmalı idim. Bu vaxta qədər bəzi işlərlə əlaqədar işdən çıxmağım gecikmişdi. Bu gündən isə artıq təqaüddəyəm. Yerimə kimin təyin edilməsi barədə məlumatım yoxdur. Hazırda işləri şöbə əməkdaşları davam etdirir, hələ ki, təyinat yoxdur”.

N.Məmmədova bundan sonra tərcümə sahəsində məşğul olacağını dedi:

“1967-ci ildən tərcümə ilə məşğul oluram, fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm. Çünki bu yaşda sonra dövlət qulluğunda çalışa bilmərəm, özəl yerlər isə mənə uyğun deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm