Hansı dərmanlar allergiya verir?
Bizi izləyin

Qırmızı.az

Hansı dərmanlar allergiya verir?

Hansı dərmanlardan allergiyalar daha çox olur?

Klinik Tibbi Mərkəzə aprel ayından bu günədək dərmanlardan allergiya ilə bağlı 18 nəfər müraciət edib. Bunlardan 3-ü uşaq, qalanları böyüklərdir. Müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir. Bu barədə publika.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, allergiyaların əsasən, antibiotik, vitamin pereperatları, az hallarda sakitləşdirici dərmanlardan olur. Fəsil dəyişikliyi ilə əlaqədar allergiyalar artır. Çünki bədənin müqaviməti azalır, ona görə həssaslıq artır.

Toksikoloq onu da vurğulayıb ki, allergiyalar boğulma və daha təhlükəli nəticələr verə bilər. Ona görə vaxtında müraciət etmək və dərman qəbul edərkən daha diqqətli olmaq lazımdır:

“Dərmanı qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. İlk dəfə dərmanın ¼ hissəsi qəbul edilməlidir. Bundan başqa, bədənin hansı dərmana həssas olması ilə bağlı testlərdən keçmək olar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm