Qırmızı.az
Şeyx: “Mən generalımı, sərkərdəmi itirdim”
Xəbər verdiyimiz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Masallıya gedib. Səfər zamanı şeyx ötən gün vəfat edən QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin hüzr mərasimində iştirak edib və mərhum haqqında maraqlı fikirlər səsləndirib.
Hacı Allahşükür Paşazadənin Hacı Mirəziz Seyidzadə haqqında
səsləndirdiyi fikirləri AzNews.az oxucularına təqdim edir:
“Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün böyük itkidir. İlk öncə deyim ki, mən Mirəziz Seyidzadəni itirməklə elə bil generalımı, marşalımı, sərkərdəmi itirdim. Onun vəfatı QMİ-i üçün çox böyük itkidir. M.Seyidzadə rəhbərlik etdiyim qurumun fətva şöbəsinin müdiri vəzifəsində çalışıb və öz işinə layiqincə yanaşan adam olub. Bir sözlə, Hacı Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə generalımı itirdim”.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Hacı Mirəzizlə uşaqlıq dostu
olduğunu da bildirib:
“Mən məktəb illərində onunla dostluq etmişəm. Həmçinin Özbəkistanın Buxara şəhərində də birlikdə dini təhsil almışıq. Hesab edirəm ki, Hacı Mirəziz gözəl din xadimi olmaqla yanaşı, həmçinin yaxşı dost olub”.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri
Hacı Mirəziz Seyidzadə mayın 11-də Kliniki Tibbi Mərkəzdə dünyasını
dəyişib. Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə
görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB