Hacıbala Abutalıbovun Fransadan gətirdiyi yeni qurğular - VİDEO
Bizi izləyin

Qırmızı.az

Hacıbala Abutalıbovun Fransadan gətirdiyi yeni qurğular - VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müvəqqəti duracaq yerləri layihəsini həyata keçirir.


Azərtac xəbər verir ki, layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılacaq parkomatlardan istifadə etməli olacaqlar. Fransadan gətirilmiş xüsusi parkomatlar Bakıda hələlik 5 yerdə - Xəqani küçəsində 2 ədəd, Tolstoy küçəsində, Yusif Məmmədəliyev küçəsində (Fransa səfirliyi) və Qoça qala qapısının qarşısında quraşdırılıb.


Parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçirsiniz. Məsələn, 20 dəqiqənin pulunu ödəyirsiniz. Çeki isə avtomobilin arxa şüşəsinə yapışdırırsınız. Bu zaman əməkdaşlar o çekə baxıb durma vaxtının bitib-bitmədiyini müəyyən edirlər.


Onu da qeyd edək ki, parkomatlar əsas küçələrdə quraşdırılmayacaq. İlk növbədə avadanlıqların yerləşdiyi yolun eni tələblərə uyğun olmalıdır. Yeri gəlmişkən, Bakıda dayanma, durma və parklanmanın qadağan olunduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları da quraşdırılır.


Parkomatlarda tariflər 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Parkomatlardan nağd pul, bank və xüsusi kartlar vasitəsilə istifadə etmək mümkündür. Smartfonlar üçün bir sıra yeniliklər tətbiq ediləcəkdir. Boş yerlər barədə sürücülərə məlumat veriləcəkdir. Sürücülər SMS vasitəsilə durma müddətinin limiti və vaxtın uzadılması barədə də məlumatlandırılacaqlar.


Qeyd edək ki, parkomatların enerji təchizatı qurğuda quraşdırılmış günəş panellərinin hesabına ödənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm