Qəbul imtahanlarında ən yüksək nəticə 663 bal olub (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Qəbul imtahanlarında ən yüksək nəticə 663 bal olub (YENİLƏNİB)

Qəbul imtahanlarının nəticələri açıqlandı

II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunlarının qəbul imtahanlarında 700 bal toplayan olmayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən publika.az-a məlumat verilib.

Üçüncü ixtisas qrupu üzrə ən yüksək nəticə 663, ikinci qrup üzrə 625 bal olub.

17:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, nəticələr bu gün 17:00-dan etibarən açıqlanıb. İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm