
Kino aktrisası Ö.B.ya təcavüz etdiyi iddia edilən Cüneyt Burma məhkəmənin yaxınlaşma qadağasına riayyət etmədiyi üçün həbs edilib.
Anspress-in məlumatına görə, Anadolu məhkəməsi
aktrisanın şikayəti ilə Cüneyt Burmanın gənc qadına psixoloji
şiddət göstərdiyini müəyyən edib. Məhkəmə Burmanın Ö.B.nin yaşadığı
evə, iş yerinə 3 ay müddətində yaxınlaşmasına qadağa qoymuşdu.
Qərarda eləcə də rabitə vasıtəsilə aktrisanı rahatsız etməməsi də
qeyd edilmişdi.
Cüneyt məhkəmənin bu qərarına əməl edə bilməyib və
qadını yenə də rahatsız edib. Hakim məhkəmənin 17 yanvar 2014
tarixində çıxardığı qərarına məhəl qoymayan təcavüzçüyə 3 gündən 10
günə qədər həbs qərarı oxuyub.
Aktrisa qısa müddətdə sonra Cüneytin məhkəmənin
qərarına əməl etmədiyini bildirərək, yenidən məhkəməyə üz tutub.
Cüneyt Burma məhkəmə iclasında ona irəli sürülən ittihamları qəbul
etməyib. Ö.B isə huquqi savaşını bütün təcavüzə qalmış qadınların
əvəzinə bu mücadiləsinə təkbaşına davam edəcəyini
bildirib.