Gəncədə orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Gəncədə orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

Şəhərimizdə daha bir orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü günlərində şəhərimizdə daha bir təhsil ocağı – şəhid Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

1988-ci ildə inşa edilmiş məktəb binası əsaslı təmir edilmədiyindən demək olar ki, qəzalı vəziyyətə düşmüşdü. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu tədris ocağı da tamamilə yenidən qurularaq ən müasir şəraitdə istifadəyə verilmişdir. İndi 1075 nəfər şagird yerlik olan üçmərtəbəli məktəb binası öz simasını tanınmaz dərəcədə dəyişmiş, burada 40 sinif otağı, kitabxana, 2 idman zalı, akt zalı, kimya, fizika və gənclərin çağırışa qədərki hazırlığı kabinetləri, laboratoriyalar, psixoloq və tibb otağı yaradılmışdır.

Tədris ocağının açılış mərasimində 77 nəfərlik pedaqoji kollektiv adından məktəbin müəllimi Həqiqət Məmmədova, valideynlər adından Natəvan Məmmədova, eləcə də şəhid Vaqif Əliyevin anası İradə Əliyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçı İlham Əliyevə, eləcə də“Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərə görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək son iki ildə şəhərdə 31 məktəb, peşə liseyi və uşaq bağçasının tamamilə yenidən qurulduğunu qeyd etmiş və hazırda bu işin davam etdirildiyini diqqətə çatdırmışdır.

Məktəbin təmirində fəallıqla çalışan bir qrup inşaatçıya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunduqdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid Vaqif Əliyevin anası İradə Əliyeva ilə birlikdə məktəbin açılışını bildirən qırmızı lenti kəsmişlər. Mərasim iştirakçıları əsaslı təmirdən sonra məktəb binasında yaradılan şəraitlə tanış olmuşlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm