Nuru Paşanın öz atını bağışladığı Qoçu Adil kim olub?
Bizi izləyin

Qırmızı.az

Nuru Paşanın öz atını bağışladığı Qoçu Adil kim olub?

Nuru Paşanın öz atını bağışladığı Qoçu Adil kim olub?

Bu il 31 mart daşnak və bolşevik qüvvələrinin Bakıda törətdiyi qırğınların üstündən 96 il keçdi.

Bu hadisələr zamanı erməni daşnak və onlara dəstək olan qüvvələr 30 mindən çox azərbaycanlını qətlə yetiriblər. Qafqaz İslam Ordusu Azərbaycana gələnə qədər yerli vətənpərvər qüvvələr ermənilərə müqavimət göstəriblər.

Daşnaklara qarşı güclü müqavimət göstərənlər içərisində Azərbaycan qoçularının fəaliyyətini qeyd etməmək mümkün deyil. Qoçu Nəcəfqulu, Dağlı Musa və digərləri həmin hadisələrin qarşısının alınmasında müstəsna rol oynayıblar. Bu gün belə dəyərli və vətənpərvər şəxsiyyətlərimiz təbliğ olunmalıdır ki, gənclərimiz onlarla qürur duysunlar. Haqqında söhbət açacağımız belə igid oğullarımızdan biri də Qoçu Adil olub. Bu gün belə qəhrəman oğullarımız yad edilməlidir ki, gələcək nəsillər onların qəhrəmanlıqlarını özlərinə nümunə götürsünlər.

Gənc blogger Nicat Quluzadə onun həyat və fəaliyyəti haqqında araşdırma aparıb. İctimaiyyətin elə də tanımadığı bu dəyərli şəxsiyyət haqqında blogger danışdı: “Məşədi Adil Kürdəxanı kəndində anadan olub. Qoçu Adil də o dövrdə ətrafındakı haqsızlıqlarla barışmayıb. İlk dəfə məhz buna görə həbs olunub. Kənddə varlı bir şəxsi öldürdüyünə görə çar məhkəməsi tərəfindən qardaşı Əlihüseynlə birlikdə Ukraynaya sürgünə göndərilib. Lakin sonralar Bakı milyonçusu Şıxı Balayevin köməkliyi ilə onun həbs yeri Bakı ilə əvəz olunub. Cəzasını burada çəkib. Az müddətdən sonra həbsdən azad olub. Onu digər qoçulardan fərqləndirən məhz ədalətsizliklə barışmaz olması olub. Ətrafda hər hansı haqsızlıq görərdisə, ona müdaxilə edər. Hətta mübahisəli məsələləri onunla birlikdə həll edərdi. Həmişə ağsaqqalların məsləhətinə qulaq asıb, onları dinləyib”.

Qoçu Adilin mart hadisələri zamanı erməni daşnaklarına qarşı göstərdiyi qəhrəmanlığı blogger onun XX əsrin böyük soyqırımlarından olan mart hadisələri zamanı qəhrəmanlığından xüsusi olaraq qeyd edir: “Onun 1918-ci ildə daşnak dəstələri tərəfindən həyata keçirilən qırğınların qarşısının alınmasında böyük xidməti olub. Xüsusən də Bakıətrafı kəndlərə bu qırğının yayılmasının qarşısını almasında əvəzsiz rolu olub. Xırdalan, Qobu, Hökməli, Güzdək kənd sakinlərinin iştirakı ilə müdafiə dəstələri Zabrat kəndində vuruşmalı olurlar, bu zaman da ətrafda Qoçu Adil kimi tanınan Məşədi Adilə müraciət edirlər. Hətta həmin vaxt Məşədi Adil Xocabəy adlı bir həmkəndlisi ilə qan davasında idi. Buna baxmayaraq, şəxsən onun qapısına getmiş, ondan kömək istəmişdi. Onlar birləşərək əli silah tutan ətraf kənd sakinlərini səfərbər edirlər və Zabrat qəbiristanlığının yaxınlığında erməni daşnak dəstələrinin hücumunu dayandırırlar. Və türk qoşunlarının Azərbaycana köməyə gəlinə qədər müdafiəni davam etdirirlər. Məhz bunlara görə çox sonralar Bakıya gələn Nuru Paşa Məşədi Adilin bu qəhrəmanlığını yüksək qiymətləndirir, ona özünə məxsus atını və qılıncını hədiyyə edir.

Hətta ona yüksək titullar da bağışlayır. Türklər Məşədi Adilə “Paşa” titulu verirlər. Bu gün onun haqqında hər hansı bir tədqiqat yazılmayıb. Amma Kürdəxanı haqqında nəşr edilmiş kitabda onun haqqında geniş bəhs edilib. Qeyd edək ki, hərarəti artan Məşədi Adil 1919-cu ildə Bakıda vəfat dib. Hazırda onun adına Kürdəxanıda küçə var”.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm