Səbail rayon İH-in sürücü tutuldu
Bizi izləyin

Qırmızı.az

Səbail rayon İH-in sürücü tutuldu

3 nəfəri maşınla vuran sürücü barəsində cinayət işi açıldı

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Səbail rayon İcra Hakimiyyətində sürücü işləyən şəxsin ölümlə nəticələnən yol qəzası törətməsi barədə birgə məlumat yayıblar.

Publika.az-a daxil olan məlumatda qeyd olunur ki, mayın 11-də saat 23:30 radələrində Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi "Hyundai Grandeur" markalı "10-AS-509" dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm