Bakıda yol polisini döydülər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda yol polisini döydülər - FOTOLAR

Bakının mərkəzində yol polisinə hücum olub.

Dövlət Yol Polisinin əməkdaşı bu gün Bakının mərkəzində fərdi avtomobil sahibinin hücumuna məruz qalıb.

DYP əməkdaşı öz avtomobilini Cəfər Cabbarlı küçəsində park etmiş sürücüyə yaxınlaşaraq bu ərazidə maşın saxlamağın yasaq olduğunu bildirib və ondan maşınını buradan götürməyi tələb edib. Lakin sürücü gözlənilmədən yol polisi əməkdaşına hücum edərək onu döyməyə çalışıb.

Hadisə yerinə gələn digər polis əməkdaşları ipə-sapa yatmaz sürücünü tutaraq əl-qolunu bağlayıb./haqqin.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm