YAP rəsmisindən Fransua Ollandın Azərbaycana səfərinə MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

YAP rəsmisindən Fransua Ollandın Azərbaycana səfərinə MÜNASİBƏT

YAP rəsmisindən Fransua Ollandın Azərbaycana səfərinə MÜNASİBƏT

“Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri iki ölkə arasında olan münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq”.

Bunu Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov bildirib.

YAP rəsmisi deyib ki, bu səfər bir sıra aspektlərə görə çox ciddi əhəmiyyət daşıyır: “Fransa dünyada nüfuzuna, təsir imkanlarına görə xüsusi çəkiyə malikdir. Ona görə də bu ölkənin dövlət başçısının Azərbaycana səfəri sıradan bir hadisə deyil. Bu, həm də beynəlxalq münasibətlər baxımından ciddi əhəmiyyətə malikdir. Ən əsası isə Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Onu da nəzərinizə çatdırım ki, Fransa prezidenti ilk olaraq Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana getdi. Bu da Azərbaycana verilən önəmlə bağlı siyasi bir jestdir. Cənab Prezident İlham Əliyev Fransa prezidenti ilə görüşdə ciddi mesajlar verdi. Bütün bunlar səfərin uğurlu olduğunun göstəricisidir. Bu da cənab prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının uğurudur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm