Bakıda ağır yol qəzası: bir nəfər həlak olub
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır yol qəzası: bir nəfər həlak olub

Gecə Bakıda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Səbail rayonu Salyan şossesində baş vermiş qəza zamanı 1973-cü il təvəllüdlü Hüseynov Rasim Hüseyn oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomaşını iritonnajlı yük maşınının arxa

Gecə Bakıda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Səbail rayonu Salyan şossesində baş vermiş qəza zamanı 1973-cü il təvəllüdlü Hüseynov Rasim Hüseyn oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomaşını iritonnajlı yük maşınının arxa hissəsinə çırpıb. Nəticədə minik maşının sürücüs Rasim Hüseynov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

İlkin məlumatlara görə, Rasim Hüseynov avtomobillə Bakı-Qazax magistralı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın Türkiyənin nəqliyyat şirkətlərindən birinə məxsus olan iritonnajlı yük avtomobili ilə toqquşub.

Hadisə ilə bağlı qəza baş verən ünvanda Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Qəzanın hansı səbəbdən baş verməsinə isə hadisə ilə bağlı başlanan cinayət işinin istintaqı zamanı aydınlıq gətiriləcək.

Qəza zamanı iritonnajlı yük maşının sürücüsünün ad və soyadını öyrənmək istəsəyən ANS əməkdaşlarına Səbail rayon polis idarəsindən hər hansı bir məlumat veilməyib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm