Millət vəkili Əfqanıstan parlamentinin üzvü ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Əfqanıstan parlamentinin üzvü ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi ilə Xocalı Soyqırımı və Qarabağ həqiqətlərindən danışıb.

Qənirə Paşayeva “Qadınlar siyasi və sosial həyatda” II Beynəlxalq Gender simpoziumu çərçivəsində Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi ilə görüşüb.

Millət vəkili Azərbaycan dövlətinin və rəhbərliyinin Əfqanıstanla münasibətlərin,o cümlədən Parlamentlərarası Əlaqələrin inkişafına önəm verdiyini deyib və ölkələrimiz arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin məmuniyyətverici olduğunu bildirib.

Qənirə Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə Əfqanıstan millət vəkilinə geniş məlumat verib. Millət vəkili həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Əfqanıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması və tanınması istiqamətində Əfqanıstan parlamentinin xanım-həmkarlarının, o cümlədən xanım Brişna Rabi dəstəyini gözlədiklərini deyib və Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabini Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, özəlliklə bu gün birlikdə iştirak etdikləri Beynəlxalq Qadın Konfrans və Simpoziumları da daxil olmaqla bütün beynəlxalq platformalarda bu məsələlərdə Əfqanıstanlı həmkarlarından daha da sıx dəstək gözləyirlər və qarşılıqlı olaraq bu cür dəstəklərin artması çox vacibdir. Dəvəti məmnuniyyətlə qəbul edən Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi “Qadınlar siyasi və sosial həyatda” II Beynəlxalq Gender simpoziumu çərçivəsində və Giresun Universiterində tədbir çərçivəsində millət vəkilinin Şuşanın işğalı, Xocalı Soyqırımı, özəlliklə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə Ermənistanın imkan verməməsi ilə bağlı çıxış və fikirlərini dinlədiyini və çox üzüldüyünü deyərək bu həqiqətlərin daha da geniş yayılmasına ciddi ehtiyac olduğunu və bu məsələlərdə hər zaman Azərbaycanın yanında olmağa hazır olduğunu deyib.

Qənirə Paşayeva xanım Brişna Rabiyə II Beynəlxalq Gender simpoziumu zamanı Qarabağ problemi, Xocalı Soyqırımı və azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı çıxışını dəstəklədiyi üçün təşəkkür edib və bütün platformalarda bu kimi qarşılıqlı dəstəyin vacibliyinə toxunub. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyən Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi Azərbaycan dövlətinə, prezidentinə və xalqına Əfqanıstana hər zaman göstərdikləri diqqət və dəstək üçün təşəkkürünü bildirib. O,ölkəsinin dost Azərbaycan ilə bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabiyə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm