Ölən ananın həkimi danışdı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Ölən ananın həkimi danışdı (YENİLƏNİB)

Daha bir ana ölümü

Sabirabadda doğuş zamanı Rzayeva Alidə Ağalar qızının həkimi ananın ölümü ilə bağlı danışdı.


Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, Rzayeva Alidə bu gün səhər saatlarında dünyasını dəyişib. Onun sözlərinə görə, A.Rzayevanın üzərində ötən gün axşam tərəfi saat 17:00 radələrində qeysəriyyə əməliyyatı həyata keçirilib. Lakin əməliyyatdan bir neçə saat sonra qanaxma baş verib. Ana axşam saat 22:00 radələrində yenidən əməliyyat olunub. Saat 23:00 radələrində isə xəstə özünə gəlib.


V.Məmmədov bildirdi ki, A.Rzayeva özünü yaxşı hiss etsə də, bu gün səhər saat 08:00 radələrində dünyasını dəyişib. Həkimin sözlərinə görə, xəstənin hansı səbəbdən öldüyü dəqiq bilinmir. Lakin ehtimal olunur ki, A.Rzayeva qanaxmadan həyatını itirib.


Qeyd edək ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı qeysəriyyə əməliyyatı zamanı ölüb.

10:45

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb.

ANS PRESS-in məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib.

Gənc qadın bu gecə saatlarında doğuş sancısı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyatı əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ətraflı məlumat veəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm