Qırmızı.az
Bu rayonlar qazsız qalacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Yevlax rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Sabunçu rayonlarının bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.
Həmçinin həyətyanı sahələrdən küçələrə çıxarılmış qaz xətlərinin mövcud mənbəyə qoşulması ilə əlaqədar saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması və "Qaraçuxur" magistral qaz xətti üzərində yeni qaz ölçü qovşağının quraşdırılması ilə əlaqədar saat 17:00-dək Hacıqabul və Suraxanı rayonlarının bir hissəsinə, qaz nəqli sistemində təmir işləri, siyirtmələrin dəyişdirilməsi və "Şəmkir SES (Kür qəsəbəsi)" ölçü qovşağında baypas xəttinin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qazax və Şəmkir rayonlarının bir hissəsinə, "Zərdab" qaz ölçü qovşağından qidalanan qaz xətlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi ilə əlaqədar saat 20:00-dək Zərdab rayonunun bir hissəsinə, Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar isə işlər başa çatanadək Nizami rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO