FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı (YENİLƏNİB-2)
Bizi izləyin

Qırmızı.az

FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı (YENİLƏNİB-2)

Bakıda neft quyusu yanır

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda neft quyusunda baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kvadratmetr sahədə ətrafa yayılıb.

Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

11:39

Bakıda neft quyusunda baş verən yanğın söndürülüb.


Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsindəki "Abşeron OİL" Əməliyyat Şirkətinə məxsus quyuda qeydə alınıb.


Yanğın zamanı xəsarət alan olmayıb.

11:29

Bakıda neft quyusunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm