• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prezident Ərdoğan və Gülə başsağlığı verdi

Prezident Ərdoğan və Gülə başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyədə baş verən faciə ilə əlaqədar baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gülə başsağlığı məktubu göndərib.

Ölkə başçısının başsağlığı məktubunda qeyd edilir:

-Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,

Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

***

- Hörmətli cənab Prezident,
Əziz Qardaşım,

Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR