Bakı moto-şousu ilə bağlı mətbuat konfransı keçirilib
Bizi izləyin

Qırmızı.az

Bakı moto-şousu ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün VIII-Bakı Beyəlxalq Moto-Şou və I Xəzər Beynəlxalq Kater və Yaxta sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az-ın xəbərinə görə, İTECA şirkətinin direktoru Fərid Məmmədov çıxışı zamanı, bu sərgidə avtomobil texnikası və komplektləşdirici hissələrinin məşhur brendlərinin yerli və xarici istehsalçılarınını, ditribyuterlərinin və dilerlərinin bir araya gəldiyini söləyib.

O, qeyd edib ki, layihəyə Azərbaycan Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən rəsmi dəstək göstərilir: “Sərginin beynəlxalq statusunun Ümumdünya Sərgi Sənayesi Assosasiyasının keyfiyyət nişanı təsdiq edir.”

Onun sözlərinə görə, sərgidə dünyanın 14 ölkəsindən, o cümlədən, Almanya, Çin, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri qatılıb: “Sevindirici haldır ki, bütün sərgi sahəsinin 55 faizini yerli şirkətlər tutur. Avtomobil həvəskarlarının və sahə peşəkarlarının diqqətinə 3 böyük sektor təqdim olunacaq: Minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobullər üçün ehtiyat hissələri və ləvazimatlar.”

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm