Bakıda şimal küləyi mülayimləşəcək, temperatur yüksələcək
Bizi izləyin

Qırmızı.az

Bakıda şimal küləyi mülayimləşəcək, temperatur yüksələcək

Bakıda şimal küləyi mülayimləşəcək, temperatur yüksələcək

Sabah Bakıda şimal küləyi mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.

Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.


Məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 28-33 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.


Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm