Jurnalisti döydürən idmançıya 20 sutkalıq həbs verildi
Bizi izləyin

Qırmızı.az

Jurnalisti döydürən idmançıya 20 sutkalıq həbs verildi

Jurnalisti döydürən idmançı məhkəmə qarşısına çıxarıldı - 20 sutka həbs

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamovun saxlanılması ilə bağlı xəbərimiz təsdiqlənib. AzNews.az-a daxil olan məlumata görə, T. Bayramov artıq məhkəmə qarşısına çıxarılıb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 20 sutka azadlıqdan məhrum edilib.

Fərahim İlqaroğlu da AzNews.az-a açıqlamasında xəbəri təsdiq edib və adıçəkilən şəxsin məhkəmənin qərarı ilə azadlığının məhdudlaşdırıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm