"Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir"
Bizi izləyin

Qırmızı.az

"Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir"

"Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir"

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində növbəti tədbir Quba şəhərində keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayon İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov çıxış edərək bildirib ki, bu tədbirin Quba rayonunda da keçirilməsindən rayon rəhbərliyi olaraq məmnunuq. Adından da məlum olduğu kimi tədbir hamımız üçün çox böyük əhəmiyyət kəsb edən bir mövzunu əhatə edir. Əlbəttə ki, ölkəmizin inkişafına xidmət edən bütün proqram və layihələr hər birimiz üçün önəmlidir. Son dövrlərdə ölkəmizdə həyata keçirilə islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb.

Son iki il ərzində rayonumuzda sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük irəliləyişlərə nail olunmuşdur. 160 minə yaxın əhalisi olan Quba rayonunda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafını təmin etmək, insanların rifah halının yüksəldilməsi, gənclərin mıəşğulluğunun təmin olunması, turizmin inkişafı, kənd təsərrüfatının bütün sahələrinin genişləndirilməsi və digər sahələr diqqət mərkəzində saxlanıb.

Tədbirdə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. Artıq Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıt şəhərində ictimai müzakirələrimiz başa çatıb:

“Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2% səviyyəsinədək düşmüşdür".

Quba rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva çıxış edərək, İnkişaf konsepsiyası çərçivəsində Quba rayonunda görülmüş işlərdən və qarşıda həyata keçiriləcək fəaliyyətlərdən söz açıb.

BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında konsepsiyanın gənclərlə bağlı müddəalarına diqqət çəkib: “Yüksək rəqabət gücünə malik iqtisadiyyat, səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması kimi başlıca vəzifələr bir daha sübut edir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən modern və qüdrətli dövlətlərindən birinə çevriləcək. Elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təmin edilməsi, "bilik iqtisadiyyatı"nın formalaşdırılması xüsusi istiqamət kimi təyin edilmişdir. Sözügedən müddəalar gənc elmi işçilərin iş səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini gücləndirməklə "beyin axını"nın qarşısını alacaqdır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: “Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm