Fateh Terim toyu təxirə saldı
Bizi izləyin

Qırmızı.az

Fateh Terim toyu təxirə saldı

Busə Terimin birisi gün olacaq toyu milli matəmə görə təxirə salınıb.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fateh Terimin qızı Busə Terimin 16 may tarixində planlaşdırdığı toy mərasimini mədən faciəsinə görə təxirə salınıb. Fateh Terim ölən vətəndaşların ailələrinə başsağlığı verərək qızının toyunun təxirə saldığını qeyd edib.

Xatırladaq ki, Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir qəza vaxtı şaxtada 787 nəfər olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm