Horadizdə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirildi
Bizi izləyin

Qırmızı.az

Horadizdə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirildi

Horadizdə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirildi

Horadiz şəhərindəki Mədəniyyət Sarayında sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi münasibətilə Əfqanıstan müharibəsi veteranları ilə görüş küçirilmişdir.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib, onların 208-i müharibədə həlak olub, 7 nəfəri isə itkin düşüb. Hazırda Azərbaycanda 5 minə yaxın Əfqanıstan müharibəsi veteranının yaşadığını qeyd edib.

Alı Alıyev Füzuli rayonundan isə Əfqanıstan müharibəsində 103 nəfərin iştirak etdiyini diqqətə çatdırıb.

“Ulu öndər Heydər Əliyev xalqın tələb və istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan müharibəsi veteranlarına da münasibət kökündən dəyişdi, məhz bu tədbirin keçirilməsi də dövlətimizin veteranlara diqqətinin təzahürünün bir nümunəsidir. Azərbaycan müharibə veteranlarının mənzil təminatına, onların sosial qayğılarına diqqət yetirən azsaylı ölkələrdən biridir”-deyən Alı Alıyev Əfqanıstan müharibəsi veteranlarının keçdikləri mübariz döyüş yolunun hər cür hörmət və ehtirama layiq olduğunu vurğuladı.

Alı Alıyev Əfqanıstan müharibəsi veteranlarının bir çoxu Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etdiklərini, onlardan 17 nəfərinin Azərbaycanın Milli Qəhrəman adına layiq görüldüklərini bildirdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon İdarəsinin rəisi, polkovnik-leytenant Şaiq Məmmədov Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlıların keçdiyi şərəfli döyüş yolundan danışdı.

Digər çıxış edənlər ölkədə veteranlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda müharibədə iştirak edən və Füzuli rayonundan olan 55 veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı"nın təqdim edilməsi mərasimi keçirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm