Qırmızı.az
Maddi sıxıntı çəkirsinizsə, şansı qaçırmayın - Müraciət
“Birliyə Doğru” İctimai Birliyi, əməliyyata ehtiyacı olan, müalicəsi üçün maddi imkanı olmayan və bir sıra qayğılardan əziyyət çəkən insanlara və onları tanıyanlara müraciət edib.
İctimai Birlikdənverilən məlumata görə, müraciətin səbəbi yardıma ehtiyacı olan insanları tapmaqdır və bu istiqamətdə işlər başlayıb: “Ətrafınızda olan kimsəsiz, yoxsul və əlil insanların problemləri ürəyinizi ağrıdır? Əlinizdən heçnə gəlmədiyini və bu insanlara heç cür kömək edə bilməyəcəyinizi düşünürsünüz? Elə isə bizimlə əlaqə saxlayın”.
İctimai Birlikdən verilən məlumata görə, təşkilat 100 min manat həcmində büdcəyə sahibdir və sadalanan istiqamətdə ehtiyacı olan insanları tapmaq üçün bu müraciəti edib.
Qeyd edək ki, bu təşəbbüs yoxsul ailələr, kimsəsizlər, əlillər, internat məktəbi tələbələri və məzunları üçün nəzərdə tutulub.
Əgər sizin də ətrafınızda belə insanlar varsa, ətraflı məlumatları (adlarını ünvanlarını, əlaqə nömrələrini və nəyə ehtiyacları olduğunu) yazıb bizim Feysbuk səhifəmizə göndərin. Birliyə Doğru İctimai Birliyi müayinə, müalicə və müxtəlif əməliyyatların daxil olduğu tibbi yardımı təmin etməklə bərabər ərzaq və qida ehtiyacı olanlara yardım göstərməyi də öhdəsinə götürüb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?