DSMF-nin “Çağrı Mərkəzi”nə 77482 zəng daxil olub
Bizi izləyin

Qırmızı.az

DSMF-nin “Çağrı Mərkəzi”nə 77482 zəng daxil olub

DSMF-nin “Çağrı Mərkəzi”nə77482 zəng daxil olub

Bu gün Dövlət Sosial Müdafiəsi Fondu Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimatı keçirilib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan publika.az-a verilən məlumata görə, tədbirdə Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondu müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.

Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun rəsmi sspf.gov.az saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytina birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.

Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və diğər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır. 2014-cü ilin I rübü ərzində Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub və onlar müvafiq qaydada cavablandırılıb.

Ümumilikdə 2014-cü ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olub. İctimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaq məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş Çağrı Sistemi» («190»nömrəli telefon məlumat xidməti) yaradılıb. Belə ki, məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkili və elektron xidmətlərə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılması həyata keçirilir. Sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onları maraqlandıran istənilən məsələyə «190»nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Xidmət ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar respublikanın hər bir regionundan, habelə mobil telefonlardan «190» telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı sual doğuran istənilən məsələyə cavab tapa bilərlər.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Qeyd edək ki, canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir və bu zaman sorğu və müraciətlər birbaşa olaraq müfəttiş-operatorlar tərəfindən cavablandırılır. Telefon məlumat xidməti tərəfindən istifadəçilərə canlı rejimdə məcburi dövlət sosial sığorta və pensiya məsələləri, fərdi uçotun təşkili, elektron xidmət üzrə xidmətlər göstərilir. 2014-cü ilin I rübü ərzində «190» nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olub. Təqdimatla çıxış edən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev müraciətlərə elektron qaydada baxılması ilə yanaşı, Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm