Təhsil İdarəsi məktəb direktorları ilə görüş keçirib (FOTO)
Bizi izləyin

Qırmızı.az

Təhsil İdarəsi məktəb direktorları ilə görüş keçirib (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanılıb.

Publika.az-ın məlumatına görə, bu məqsədlə, bu gün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Görüş zamanı məktəb direktorları sınaq qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılıb və sualları cavablandırılıb. Bununla yanaşı, paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da sınaq qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.

Nəzərinizə çatdıraq ki, sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm