Ukraynada diaspora sədrimizə sui-qəsd olub - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Ukraynada diaspora sədrimizə sui-qəsd olub - YENİLƏNİB

Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə naməlum şəxslər tərəfindən sui-qəsd olunub.

Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə naməlum şəxslər tərəfindən sui-qəsd olunub.

Bu barədə Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev öz “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Rövşən Tağıyev ağır güllə yarası alıb və vəziyyətinin nə yerdə olduğu hələ məlum deyil.

YENİLƏNMƏ

Son məlumata görə, hadisə axşam saatlarında baş verib. Sui-qəsd hadisəsi Rövşən Tağıyev aptekdən çıxan zaman həyata keçirilib. Çiyinndən bir ağır güllə yarası alan Rövşən Tağıyev təcili xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun üzərində əməliyyat uğurla həyata keçirilib. Hazırda reanimasiya şöbəsindədir. Onun tapança ilə vurulduğu bildirilir. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm