Mənzildə köməksiz qalmış uşaq xilas olunub
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalmış uşaq xilas olunub

Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:14-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm