Ötən gün ölkədə 71 cinayət faktı qeydə alınıb
Bizi izləyin

Qırmızı.az

Ötən gün ölkədə 71 cinayət faktı qeydə alınıb

Mayın 14-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 71 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.

Mayın 14-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 71 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölmüş, beş nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm