Millət vəkili Türk Ocaqlarının rəhbəri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Türk Ocaqlarının rəhbəri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal rol oynamağa çağırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk Ocaqlarının rəhbəri professor Mehmet Öz, idarə heyəti üzvləri, Bolu və Safranbolu Türk Ocaqların rəhbərləri, fəalları, gənclərlə görüşüb. Qənirə Paşayeva aralarında Azərbaycanın böyük şəxsiyyətləri Əli Bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun da olduğu Türk Ocaqlarının qurucularını rəhmətlə anaraq türk dünyasının müxtəlif bölgələrindən gəlmiş dədələrimizin qurduğu və türk milləti üçün gözəl işlər görmüş bu ocağın bundan sonra da Türk Dünyasın ilə bağlı bütün məsələlərdə o cümlədən Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı həqiqətlərinin daha da geniş şəkildə yayılmasında rolunu daha da artıracağına inandığını deyib. Türk Ocaqlarında çox dəyərli aydınların və gənclərin toplaşdığını deyən millət vəkili Qənirə Paşayeva gəncləri harda baş verməsindən asılı olmayaraq Türk milləti ilə bağlı məsələlərdə daha da duyarlı olmağa çağırıb.

“Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Şərq tərəfdaşlığı” konfransı çərçivəsində Prezident cənab İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialarına “Türkiyə burda yoxdur, amma mən varam” cavabı verməsi və verdiyi tutarlı cavab türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu. “, – deyən Qənirə Paşayeva Azərbaycan prezidenti cənab İlham Əliyevin bu çıxışının təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnək olduğunu deyib. Görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində bir çox ortaq layihələrin həyata keçirildiyini və Mayı ayında Azərbaycanda Əli Bəy Hüseynzadə ilə bağlı böyük tədbirlərin keçiriləcəyini və burada Türk Ocaqlarından və Türkiyənin müxtəlif qurum və universitetlərindən çox dəyərli aydınların iştirak edəcəyini deyib və Türk Ocaqları başqanı Mehmet Özü də dəvət edib.

Türk Ocaqlarının rəhbəri, professor Mehmet Öz qurumun həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyib. Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini və Türk Ocaqları ilə əməkdaşlıqda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin fəaliyyətini yüksək qiymətləndirən Türk Ocaqlarının rəhbəri Mehmet Öz əməkdaşlığın bundan sonra daha da genişlənməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə fikir və təkliflərini səsləndirib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi və gənc nəsillərə çatdırılması barədə fikir mübadiləsi aparılıb. “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” layihəsi çərçivəsində nəşr olunan məqalə və kitablar barədə də məlumat verən Qənirə Paşayeva məqsədin harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərinə ortaq tariximiz, mədəniyyətimiz, böyük şəxsiyyətlərimizi daha yaxından tanıtmaq məqsədi daşıdığını deyib. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin, o cümlədən Türk Ocaqları gənclərinin fəallığını daha da artırmasının vacibliyini vurğulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Türk Ocaqları başqanı Mehmet Öz bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətin daha da aktivləşəcəyini deyib və bu istiqamətdə işləri surətləndirəcəklərini bildirib. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Türk Ocaqlarının rəhbəri Mehmet Özü Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Türk Ocaqlarına hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm