Bakıda “Prado” qadını vurub qaçdı
Bizi izləyin

Qırmızı.az

Bakıda “Prado” qadını vurub qaçdı

Bakıda “Prado” qadını vurub qaçdı

Dünən Xətai rayonu ərazisində, Həzi Aslanov metrosunun yaxınlığında “Prado” markalı avtomobil gənc qadını vurub.


AzNews.az xəbər verir ki, 36 yaşlı Sevil Yusifovanı vuran sürücü hadisə yerindən qaçıb. Zərəçəkmiş ciddi xəsarət almasa da, xeyli müddət huşsuz vəziyyətdə qalıb və ətrafdakıların köməyi ilə təcili yardım çağırılaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə baş verən ərazidə təhlükəsizlik kamerası (kodu FŞS5069) da var. Hələlik qadını vuraraq hadisə yerindən qaçan “Prado” sürücüsünün kimliyi müəyyən edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm