Səlim Müslümov yeni mətbuat katibini müəyyənləşdirib
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov yeni mətbuat katibini müəyyənləşdirib

"O artıq rəhbərliyə təklif olunub”

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa verən İlham Məmmədovun yerinə hələki təyinat olmayıb

Bu barədə AzVision.az-a nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Ol) məlumat verib.

Onun sözlərinə görə, vəzifəyə təyinat olan zaman ictimaiyyətə məlumat veriləcək:

“İlham Məmmədovun yerinə yaxın vaxtlarda təyinat olacaq. Həmin vəzifəyə təyin olunacaq şəxs var. O artıq rəhbərliyə təklif olunub”.

Qeyd edək ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov işdən azad edilib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm