• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Minik maşını traktorla toqquşdu (FOTO)

Minik maşını traktorla toqquşdu (FOTO)

Gecə saatlarında Zaqatalada ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ölümlə nəticələnən yol qəzası Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kənd ərazisindən keçən hissəsində qeydə alınıb.


20 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini Azər İsayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməlini düzgün yerinə yetirməyib. Nəticədə idarəetməni itirərək maşını eyni istiqamətdə hərəkətdə olan 21 yaşlı Qax rayonu Çüdüllü kənd sakini Mahmud Məmmədovun idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu qoşqulu traktora çırpıb.


Baş vermiş qəza nəticəsində sürücü Azər İsayev, onun sərnişinləri Zaqatala rayonu Aşağı Tala kənd sakinləri 22 yaşlı Həmzə Həmzəyev, 20 yaşlı Müseyif Şabanov, Zaqatala rayonu Donbabinə kənd sakini 20 yaşlı Rəşad Mollaçıyev və traktorun sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Rəşad Mollaçıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.


Xəstəxanaya daxil olan digər yaralılardan Azər İsayevin vəziyyəti ağır, Həmzə Həmzəyev, Müseyif Şabanov və Mahmud Məmmədovun vəziyyəti isə orta-ağır hesab edilir.


Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
















Xəbər lenti

DAHA ÇOX XƏBƏR