“Eurovision”a saxtakarlıq ittihamı – Azərbaycandan
Bizi izləyin

Qırmızı.az

“Eurovision”a saxtakarlıq ittihamı – Azərbaycandan

“Eurovision”a saxtakarlıq ittihamı – Azərbaycandan

Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan Eurovision-ın finalında səsvermənin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, Azərbaycan təmsilçisi Dilarə Kazımova 22-ci yeri tutub.

D. Kazımovanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərgi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir. 37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. Eurovision 2014-də həqiqətdə nə baş verib?

“Dilarənin mahnısı «Start a Fire» müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə TOP-12-də Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı.

Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu sesverməyə öz təsirini göstərdi. 2013 ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyan edir, hal bu ki, hələ Bakıda keçirilən Eurovision 2012-də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər.

Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi – münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı 21-ci yerdə Dilarə qədər xall toplayan İtaliya təmsilçisi qərarlaşıb.

Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil. Belə ki, Polşa təmsilçiləri Donatan & CleoBöyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə, yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə dənə də olsun xall görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı.

Başqa bir anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəlda o, 8-ci yerdə oldu.

Eurovision finalında səsvermənin yekun cədvəli – TOP-10

Münsiflərin səsverməsi

Tamaşaçıların səsverməsi

Finalın yekun nəticəsi

1

Avstriya – 224 xall

Avstriya– 311 xall

Avstriya– 290 xall

2

Niderland – 203 xall

Niderland– 222 xall

Niderland– 238 xall

3

İsveç – 201 xall

Ermənistan – 193 xall

İsveç – 218 xall

4

Macarıstan – 138 xall

İsveç – 190 xall

Ermənistan– 174 xall

5

Ermənistan– 125 xall

Polşa – 162 xall

Macarıstan – 143 xall

6

Malta – 119 xall

Rusiya – 132 xall

Ukrayna – 113 xall

7

Finlandiya – 114 xall

İsveçrə– 114 xall

Rusiya– 89 xall

8

Azərbaycan – 108 xall

Ukrayna– 112 xall

Norveç – 88 xall

9

Norveç– 102 xall

Rumıniya – 103 xall

Danimarka – 74 xall

10

Danimarka – 85 xall

Macarıstan – 98 xall

İspanya – 74 xall

Azərbaycan – 26 xall

Azərbaycan – 33 xall

Oxumağa davam et
Reklam
Reklam

Gündəm