Bakıda 3 dələduz tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 dələduz tutuldu

Bakıda 3 dələduz tutuldu

Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.

Dələduzluğa görə axtarışda olan daha 2 nəfər isə paytaxtın Nəsimi rayonunda tutulub. Belə ki, Nəsimi RPİ 21-ci və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Mirpaşa Aslanov və Araz İbrahimli saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm