Məleykə Abbaszadədən imtahan AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadədən imtahan AÇIQLAMASI

Məleykə Abbaszadədən imtahan AÇIQLAMASI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Publika.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.


İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçiriləcəkdir. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunacaq.


İmtahanın gedişini işıqlandırmaq üçün 60-dan artıq KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.


İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək.


M.Abbaszadənin sözlərinə görə, abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızlardır.


16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır.


Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.


Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda 1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644, Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin imtahan verəcəyi gözlənilir.


İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.


Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm