Hacıbala Abutalıbovun qərarı bağça tərbiyəçilərini ayağa qaldırdı- FOTO
Bizi izləyin

Qırmızı.az

Hacıbala Abutalıbovun qərarı bağça tərbiyəçilərini ayağa qaldırdı- FOTO

Hacıbala Abutalıbovun qərarı bağça tərbiyəçilərini ayağa qaldırdı- FOTO

Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonundakı uşaq bağçalarının işçiləri ilə bağlı təəccüb doğuran əmr verib.


AzNews.az-a daxil olan məlumata görə, mayın 13-də Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndələri tərəfindən uşaq bağçalarının işçiləri üçün vahid geyim forması paylanılıb.


Bağça tərbiyəçilərinin etirazına səbəb də, məhz bu geyimlə bağlı olub. Fikirlərini AzNews.az-la bölüşən bağça tərbiyəçiləri deyib ki, bağçalara paylanılan vahid geyimdə tərbiyəçilər, xadimələr, texniki işçilər, hətta aşpazlar arasında heç bir fərq qoyulmayıb. Yəni adı sadalanan peşə sahibləri də bağçalarda eyni geyimdə çalışacaqlar. Elə bu məqam da tərbiyəçilərdə etiraza səbəb olub.


Tərbiyəçilər Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək niyyətlərini də gizlətməyiblər və mövqelərini paytaxt meri Hacıbala Abutalıbova çatdıracaqlarını qeyd ediblər. Onlar deyir ki, bu geyimdə valideyin müəllimlə xadiməni ayırd edə bilmir.


Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin aidiyatı şöbəsinin (012) 492-31-41 telefon nömrəsinə zəng etdik. Telefonun dəstəyini qaldıran xanım “Müəllimələr sizə niyə şikayət ediblər? Siz kimsiniz ki? Onların şikayəti var gəlib, bizə bildirsinlər. Forma paylanılıb, onlar da bunu geyinməlidirlər. Həmin geyimə kifayət qədər maliyyə xərclənib. Bəyəm sifarişlə işləyirik?”. Həmin xanımın kimliyini öyrənmək üçün sonrakı cəhdlərimiz isə bir nəticə vermədi.


Məsələni diqqətdə saxlayacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm