Pərviz Həşimliyə 8 il iş verildi
Bizi izləyin

Qırmızı.az

Pərviz Həşimliyə 8 il iş verildi

Pərviz Həşimliyə 8 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm