• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

TQDK: İmtahan fənlərinin sayı artırılacaq

TQDK: İmtahan fənlərinin sayı artırılacaq

Növbəti ildən buraxılış imtahanlarında dəyişikliklər olacaq.

Publika.az –ın məlumatına görə, bu sğözləri TQDK sədri Məleykə Abbaszadə jurnalsitlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həm 9 illik, həm də 11-illik baza üzrə buraxılış imtahanlarında yeni fənnlər əlavə ediləcək:

“Gələn il 9-cu sinif buraxılış imtahanlarında "Azərbaycan tarixi", 11-ci sinif buraxılış imtahanında "Azərbaycan tarixi" və "Kimya" fənləri əlavə ediləcək. Bu fənlər seçim əsasında olacaq. Şagirdlər bu iki fənndən hansını istəsələr seçə biləcəklər. Artıq bu dəyişikliklərlə bağlı Təhsil Nazirliyi və eskpertlərlə məsləhətləşmələr aparılıb. Ədliyyə Nazirliyində də işlər aparılacaq”.

TQDK sədri onu da qeyd edib ki, builki buraxılış imtahanlarında 9-cu sinif məzunlarına 60 sual təqdim ediləcək. Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək. Şagirdlər həmin imtahanda maksimum 60 bal toplaya bilərlər.

M.Abbaszadə onu da bildirib ki, bu il 9 illik bazada aparılan buraxılış imtahanlarının nəticələri əsasında növbəti ildən 11-ci siniflər üzrə də buraxılış və qəbul imtahanlarının birləşdirilməsinə baxılacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR