Dərsliklərin monitorinqi aparılır
Bizi izləyin

Qırmızı.az

Dərsliklərin monitorinqi aparılır

"Dərsliklər və dərs vəsaitlərin elmi-metodiki monitorinqi aparılır. Bu istiqamət üzrə yaradılan portala 65 mindən çox insan daxil olub, qeydiyyatdan keçən və prosesdə iştirak edənlərin sayı 725 nəfərdir. Bu da göstərir ki, müəllimlər dərsliklərin müzakirəsində maraqlıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məleykə Abbaszadə deyib.

“Kurrikulium əsasında hazırlanmış 135 dərsliyinin monitorinqi aparılıb, 20 dərslik komponenti istifadəsi məsləhətli hesab edilməyib. Təhsil Nazirliyinin müraciəti əsasında bu il çapa hazırlanan 2-ci sinif dərsliklərinin də monitorinqi aparılıb. Bu dərsliklə bağlı ötən il biz monitorinq aparmışdıq, nəticələri Təhsil Nazirliyinə təqdim etmişdik. Həmin nəticələr əsasında yenidən dərsliklər hazırlanıb. 2-3-cü sinfin dərslik komponentlərinin monitorinq nəticələri elan ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm