Xırdalana metro çəkilməsi təklif edilib
Bizi izləyin

Qırmızı.az

Xırdalana metro çəkilməsi təklif edilib

"Böyük Bakının Regional Inkişaf Planı"nda Bakı metrosunun stansiyalarının artırılması təklif edilir. Bu haqqda Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov danışıb.

O, qeyd edib ki, həm Bakı Metropoliteni QSC-nin, həm də institutun planlarında Xırdalana metro stansiyasının çəkilməsi təklif edilir.

"Bakı Metropolitinin yeni "Avtovağzal" stansiyasında tikinti işləri yaxın vaxtlarda yekunlaşacaq və istismara veriləcək. Metronun planları da var, biz də təklif edirik ki, növbəti stansiyası "Xırdalan" olsun. Buraya sürətli qatarların getməsi ola bilər, dünyada belə təcrübə var", - deyə İ. İsbatov qeyd edib.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm