Polis rəisləri dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Polis rəisləri dəyişdirildi

Daxili İşlər Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

DİN-dən publika.az-a verilən məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, R. Usubovun əmri ilə Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayev də tutduğu vəzi9fədən azad edilib.

Siyəzən Rayon Polis Şöbəsi və 26-cı polis bölməsinə hələlik rəis təyin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm