Müəllim üçün vacib tədris kitabı çap olundu
Bizi izləyin

Qırmızı.az

Müəllim üçün vacib tədris kitabı çap olundu

Müəllim üçün vacib tədris kitabı çap olundu

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnnovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması” layihəsi çərçivəsində hazırladığı “İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” kitabınını təqdimat mərasimi keçirilib.

Publika.Az xəbər verir ki, layihənin rəhbəri və tərtibatçı-müəllif fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, mövcud zamanımızda təhsilin modernləşdirilməsinə yardımçı olan innovativ təlim metodları və texnologiyaların tezaurusunun hazırlanması vacibdir: “Tezaurus yunanca xəzinə deməkdir, hər-hansı bilik sahəsi haqqında açar, mühüm söz və anlayışlar formasında sistemləşdirilmiş göstəricilərin məcmusudur. Tezaurusda söz və anlayışlar adi izahlı lüğətlər və ensiklopediyalardan fərqli olaraq, əlifba sırası və formal ardıcıllıqla deyil, məzmun yaxınlığı, assosiativ və konseptual bağlılıq qaydası ilə yerləşdirilir”.

Müəllif qeyd edib ki, innovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması Azərbaycan təhsili üçün yenilikdir. Onun sözlərinə görə, bu işin spesifikliyi 2 əsas məqsədi özündə birləşdirir: “Birincisi, əsas innovativ təlim metodları və texnologiyaların mühüm anlayışlarının vahid məntiqi ardıcıllığının kiçik məqalələr şəkilində verilməsi, ikincisi, orta məktəbdə çalışan müəllimlər və gələcəkdə müəllim olmaq istəyənlər üçün vəsaitin hazırlanmasıdır”.

Kitab haqqında məlumat verən E. Əliyev bildirib ki, “İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” kitabı giriş daxil olmaqla 23 paraqrafdan ibarətdir.

“Kitabda bütün dövrlərdə təhsilin inkişafına təkan verən ideyalar sistemləşdirilmiş və onların innovativ təlim metodları və texnologiyaların formalaşmasında rolu göstərilib. Vəsaitdə həmçinin məktəb tədqiqatlarına da geniş yer verilib, həmçinin informasiya cəmiyyətinin məhsulu olan 11 təhsil texnologiyasının tezaurusu tərtib edilib. Kitabda innovativ pedaqoji texnologiyanın qışda lüğəti də tərtib olunubdur”-deyə o bildirib.
Kitab orta məktəb müəllimləri, orta məktəblərin yuxarı sinif şagirdləri, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm