Azərbaycandakı məhbuslarla bağlı ŞOK STATİSTİKA
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı məhbuslarla bağlı ŞOK STATİSTİKA

“Azərbaycanda məhbusların 20 faizə yaxınının şəxsiyyət vəsiqəsi yoxdur”.


Bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.


V. Məhərrəmovun sözlərinə görə, məsələ ilə bağlı Ombudsman Aparatı Daxili İşlər Nazirliyi və “ASAN xidmət”in rəhbərliyinə müraciət edib: “Müraciətdə bildirmişik ki, məhkumların bəzi hissəsinə şəxsiyyəti təsdiq edən sənədin verilməsi təmin olunsun və həmin sənəd cəzaçəkmə müəssisələrində məhbuslara təqdim edilsin”.


Şöbə müdiri vurğulayıb ki, hər bir məhkumun şəxsiyyət vəsiqəsinin olması vacibdir:

“Bəzi hallarda məhkum müvafiq qurumlara müraciət etdikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsi tələb olunur. Məsələni araşdırdıq və belə qənaətə gəldik ki, bütün müəssisələr üzrə təhlil aparılsın. Artıq bu iş başa çatdırılıb. Müəyyən olunub ki, 15-20 faiz məhkumun şəxsiyyət vəsiqəsi yoxdur. Məhkumların özləri ilə söhbət zamanı bildiriblər ki, əvvəl şəxsiyyət vəsiqələri olub. Bəzilərinin isə ümumiyyətlə bu sənədi olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm