Memarlar İttifaqının sədri Bakı meriyasından narazılıq etdi
Bizi izləyin

Qırmızı.az

Memarlar İttifaqının sədri Bakı meriyasından narazılıq etdi

Azərbaycan Memarlıq İttifaqının sədri Elbay Qasımzadə “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin ictimai müzakirəsində Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsinin iştirak etməməsindən narazılıq edib.

“Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak edir. Bəs niyə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri, baş memarı iştirak etmir? Layihənin adı ilə bağlı özümə görə müəyyən dəyişikliklər edərdim. Məsələn, Abşeron aqlomerasiyası adlandırardım. Çünki buraya Bakı da, Sumqayıt da, Ələt də daxildir. Amma burada böyük Bakının adı var, niyə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri yoxdur. Bu sənəd onlar üçündür. Onlar gələcək fəaliyyətlərini bunun üzərində qurmalıdırlar. Çünki daha çox sualları bəlkə onlar verəcəkdilər, bəlkə öz təkliflərini verəcəkdilər”, - deyə E. Qasımzadə bildirib.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm